Raqif Abıyevdən, Masallı, Azərbaycan


15 noyabr 2020, 18:09
Müzəffər Ali Baş Komandan.
Sizi Vətən müharibəsindəki hərbi, siyasi və diplomatik qələbələriniz münasibətilə təbrik edirəm. Dəmir iradənizdən ilham alan yenilməz Ordumuzun tezliklə Sorosun “Aldanmış kəvakib”i olan Paşinyanı məğlubiyyət razılaşmasını imzalamağa məcbur edəcəyinə əmin idik.
Sizin qələbələriniz Qarabağın epopeyasıdır. Bu Vətən müharibəsində tətbiq etdiyiniz hərb taktikanız dünya hərb strategiyası üçün nümunədir. Bu taktikanın təməlində xalqla Prezident birliyi, nizami ordu, komandanlıq, təchizat, ağıl, humanizm, mərdlik, sərtlik və müharibədə mübarizə durur. Parlaq Qələbə ilə nəticələnən, torpaqlarımızın azad edilməsi uğrunda Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını yüksək peşəkarlıqla idarə etməyiniz, dövlətimizin beynəlxalq aləmdə mövqeyinin güclənməsi istiqamətində nümayiş etdirdiyiniz möhtəşəm siyasi diplomatiya, ölkədə apardığınız təqdirəlayiq islahatlar, daxili sabitliyin qorunub saxlanması və xalqımızın sosial həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratmışdır. Bu qədər məsələni eyni zamanda həll etməyiniz, əzəmətiniz, dinamizminiz, yenilməzliyiniz və yorulmaq bilmədən çalışmağınız biz gənclərin vətənpərvərlik ruhunda yetişməsinə böyük təsir göstərir.
Əziz Prezİdent, Biz Sizinlə və qəhrəman Ordumuzla fəxr edirik. Allah Sizlərə yar olsun. Fədakar şəhidlərimizin ruhu qarşısında baş əyirik və yaralı əsgərlərimizə şəfa diləyirik. Qələbəmiz mübarək olsun! Şanlı Bayrağımız daim iftixarla dalğalansın! Var olsun Prezident və xalq birliyi!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Raqif Abıyev
Azərbaycan Respublikası, Masallı rayonu.