Əminə İmamovadan, Zaqatala , Azərbaycan
Text size


15 noyabr 2020, 17:34
Hörmətli cənab Prezident!
Qazandığımız Qələbənin mahir təşkilatçısı, baş memarı Sizsiniz. Siz xalqımız üçün qəhrəmanlar qəhrəmanısınız. Sizin sərrast danışığınız, məntiqli siyasətiniz düşmənin gözünə iynə kimi batır, xalqımızın isə ürəyini riqqətə gətirir. Bizə yaşatdığınız xoş duyğuları, zəfər hisslərini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sizdən eşitdiyimiz Qələbə xəbəri ömrümüz boyu aldığımız ən gözəl müjdədir.
Tanrı Sizi və şanlı Ordumuzu qorusun!
Yaşasın Azərbaycan!
Hörmətlə,
İmamova Əminə,
1 nömrəli uşaq bağçasının kollektivi adından.
Azərbaycan respublikası, Zaqatala şəhəri.