logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əfruz Məmmədovadan, Qaradağ, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 17:08

Hörmətli cənab Prezident,

1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşmüşük. Oğlum Məmmədov Pənah Məmməd oğlu Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Bu məktubu yazmaqla, Sizə şəxsən öz təşəkkürümü bildirmək istəyirəm. Siz bizim fəxrimizsiniz. Qazandığınız bu qələbələr tarixə yazıldı. Şəhid oğlumun qanı yerdə qalmadı. Sizin rəhbərliyiniz altında güclü Ordumuzun qəhrəmanlığı ilə Zəngilanımız da azad edildi. Sizə ailənizlə birlikdə uzun ömür, cansağlığı arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Məmmədova Əfruz Kərəm qızı, şəhid anası.

Azərbaycan Respublikası, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış massivi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi