logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Eltun Əsgərzadədən, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 16:49

Hörmətli cənab Prezident,

Mən birinci Qarabağ müharibəsi veteranı olaraq Sizə minnətdarlığımı bildirirəm. Qələbə münasibətilə ailəm və öz adımdan Sizi təbrik edirəm. Doğma Kəlbəcərimi, Murovdağı, gözəl və səfalı yurd yerlərimizi seyr etməyi səbirsizliklə gözləyirəm.

Arzum budur ki, ölkəmizin üzərini bir daha qara buludlar almasın. Xalqımız daim dini dəyərlərə, tolerantlığa önəm və qiymət verilən ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşasın.

Cənab Prezident, bildirmək istəyirəm ki, Siz bizim ömürlük Prezidentimiz oldunuz. Ona görə ki, Sizin uğurlu siyasətiniz və qüdrətli Ordumuzun gücü sayəsində zəfər çaldıq.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əsgərzadə Eltun Əsgər oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi