Şəhriyar Həbilovdan, Samux, Azərbaycan


15 noyabr 2020, 16:48
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə Vətənini sevən bütün azərbaycanlılar adından təşəkkür edirəm. Gərgin fəaliyyətiniz və uğurlu xarici siyasətiniz nəticəsində 28 illik həsrətə son qoyuldu.
Xalqın qəlbində nisgilli Qarabağ problemi Siz başda olmaqla Azərbaycan Ordusunun Qələbə əzminin nəticəsində həll olundu.
Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinin II bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Həqiqətən də biz Sizin rəhbərliyiniz altında xalqın vahidliyinin bir daha şahidi olduq. Sizə təşəkkür edirik.
Ümidvarıq ki, tezliklə Qarabağımızda Qələbə tonqalları yanacaqdır.
Cocuq Mərcanlının timsalında gördüyümüz infrastrukturun daha da mükəmmək nümunələrini cənnətə dönəcək Qarabağda görə biləcəyik.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Həbilov Şəhriyar Şərəfəddin oğlu
Azərbaycan Respublikası, Samux rayonu, Sərkar kəndi.