Əsnad Nuruşovadan, Saatlı, Azərbaycan
Text size


15 noyabr 2020, 16:42
Müzəffər Ali Baş Komandan!
Mən Saatlı rayonu Qurağlı kəndindənəm. Sizinlə fəxr edirəm.
Müzəffər Ali Baş Komandanın və qüdrətli Ordumuzun sayəsində işğalda olan torpaqlarımızın yağı düşməndən azad olunması münasibətilə fəxarət hisslərimi dilə gətirirəm.
Azərbaycan xalqının haqlı savaşında dünyaya meydan oxuyan Prezidentimiz və öz qüdrəti ilə düşməni lərzəyə gətirən Ordumuz var olsun!
Yaşımın az olmasına baxmayaraq, müharibənin zəfər xəbərləri ilə bərabər günahsız uşaqların həlak olması məni çox sarsıtdı. Allah onlara rəhmət eləsin.
Mən Sizi sevir və Sizinlə fəxr edirəm.
Hörmətlə,
Nuruşova Əsnad Sənan qızı.
Azərbaycan Respublikası, Saatlı rayonu, Qurağlı kəndi.