Tahir Əliyevdən, Cəbrayıl, Azərbaycan
Text size


15 noyabr 2020, 16:39
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Öz böyüklüyünüzlə 27 ildir ki, sinəmizdə qövr edən dərdimizə son qoydunuz, müqəddəs torpaqlarımızı işğaldan azad etdiniz. Sizi bu böyük Qələbə münasibətilə təbrik edirəm. Bir məcburi köçkün və din xadimi olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə və torpaqlarımızı erməni işğalçılarından təmizlədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizdən razı olsun!
Hörmətlə,
Əliyev Tahir Məmmədhəsən oğlu, din xadimi.
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, 9 saylı qəsəbə.