Nilufər Fərzəliyevadan, Sabirabad, Azərbaycan


15 noyabr 2020, 16:28
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin müdrikliyiniz və Ordumuzun cəsarəti sayəsində işğal altında olan torpaqlarımız yenidən özümüzə qaytarıldı. Bunun üçün başda Siz olmaqla müzəffər Ordumuza dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda Sizə ölkəmiz üçün gördüyünüz bütün yaxşı işlərə və yeniliklərə görə də təşəkkür edirəm. Bizim savaşımız haqq savaşıdır. Bu haqq savaşında qalib gələcəyimizə inanıram.
Cənab Prezident, mənim xalamın oğlu Xəyal Nuruzadə də könüllü olaraq cəbhəyə yollandı və düşmənlə qəhrəmanlıqla döyüşdü. Allahdan onun simasında bütün əsgərlərimizə cansağlığı arzulayıram. Mən çox sevincliyəm ki, 30 ilə yaxın işğal altında qalan Qarabağımız tezliklə azadlığa qovuşacaq. Bunun üçün mən özüm də mənfur düşmənlə savaşmağa hazır idim. Hesab edirəm ki, ölkəmin hər qarış torpağı üçün canımdan keçmək mənim də borcumdur. Biz hər zaman qəhrəman Ordumuza dəstək göstərməliyik. Mən Ordumuzla fəxr edirəm. Əminəm ki, gələcək nəsillər də qəhrəman əsgər və zabitlərimiz haqqında qürurla danışacaqlar. Çünki şanlı Ordumuz şərəfli tarix yazaraq gələcək nəsillərə yaxşı bir nümunə qoydu.
Ona görə də həmişə dua edirəm ki, Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Allah Sizin cəsarətiniz və möhkəmliyinizi, Ordumuzun isə güc-qüvvətini artırsın!
Hörmətlə,
Fərzəliyeva Nilufər.
Azərbaycan Respublikası, Sabirabad rayonu, Əsədli kəndi.