logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İbrahim Əsgərov və Anar Hüseynovdan, Füzuli, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 15:20

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Doğma torpaqlarımızı bizə qaytardığınız üçün, əvəzedilməz zəfər sevincini bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarıq.

Sizin Komandanlığınız altında şanlı Ordumuzun qələbə çalacağına tam inanırdıq. Uca Yaradana şükürlər olsun ki, bizə bu günləri yaşatdı.

Yaşasın Ali Baş Komandan və onun rəhbərliyi altında Azərbaycan tarixinin şərəfli səhifələrini yazan igid əsgər və zabitlərimiz!

Allah Vətəni hər şeydən üstün tutaraq canını fəda edən şəhidlərimizə rəhmət eləsin!

Hörmətlə,

İbrahim Əsgərov

Anar Hüseynov

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi