Niyazi Həsənovdan, Füzuli, Azərbaycan
Text size


15 noyabr 2020, 15:19
Hörmətli cənab Prezident.
Bizə bəxş etdiyiniz Qələbə sevinci münasibətilə öz adımdan və rəhbərlik etdiyim Füzuli rayon 22 nömrəli tam orta məktəbinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirirəm.
Nəhayət ki, həsrətini çəkdiyimiz Füzuli artıq düşməndən tamamən təmizləndi. Doğma yurdumuz öz övladlarını qucağına alacaq, biz o torpağa düşmənin vurduğu yaraları saracağıq.
Allah Sizi qorusun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Niyazi Həsənov
22 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Füzuli rayonu.