logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tünzalə Hüseynovadan, Şəmkir, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 14:22

Hörmətli cənab Prezident!

Müzəffər Ordumuzun rəhbərliyiniz altında qazandığı Qələbə münasibətilə Sizi, bu haqlı mübarizəmizdə bizə daim mənəvi və siyasi dəstək olan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan xalqını, qəhrəman əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm.

Qalib xalqın bir nümayəndəsi kimi, bu günlər sevincim sonsuzdur. Mən həmişə deyirdim ki, Qarabağ bizimdir, bizim olacaq. Bu arzuma çatmağıma səbəb olan Ali Baş Komandanımıza və qəhrəman döyüşçülərimizə təşəkkür edirəm.

Hörmətlə,

Hüseynova Tünzalə Əkbər qızı,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Dəllər Cəyir kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi