Ramin Əsgərovdan, Zaqatala, Azərbaycan


15 noyabr 2020, 14:08
Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə müzəffər, sarsılmaz, şanlı Ordumuz 28 ildir həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi. Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi aldıq.
Bu günlər bizim şanlı qələbəmizin, zəfərimizin günüdür! Bu günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Ordumuzun uğurları hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadır. Azərbaycan vətəndaşları bir nəfər kimi Ali Baş Komandanın, dövlətimizin, Ordumuzun yanındadır!
Yaşasın Azərbaycan!
Yaşasın müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Ramin Əsgərov
Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru
Azərbaycan Respublikası, Zaqatala rayonu.-0-