logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramiz Əliyevdən, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 13:46

Xalqımızın sevimlisi, Azərbaycan tarixinin Qəhrəman oğlu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, cənab Prezident!

Allahın böyüklüyünə, qüdrət və iradənizə şükürlər olsun ki, əmrinizlə aparılan Vətən müharibəsi inamlı uğurlarımızla başa çatmışdır.

30 ilə yaxın şərəfsiz düşmənin tapdağında olan müqəddəs, əzəli torpaqlarımız qətiyyətli rəhbərliyinizlə yurd həsrəti çəkən vətəndaşlarımıza yenidən qucaq açacaqdır.

Müzəffər Ali Baş Komandan!

Bu gün Azərbaycanı sevən hər kəs Sizinlədir, yanınızdadır. İsmayıllılar tam əmindirlər ki, haqlı savaşda qazanılan Qələbənin xəbəri bütün dünyaya yayılır və biz qürurla deyirik: Ali Baş Komandan, cənab Prezident İlham Heydər oğlu Əliyev, Siz Azərbaycanımızın xilaskarısınız.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyev Ramiz Abdulla oğlu.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi