Azad Qardaşovdan, Zaqatala, Azərbaycan


15 noyabr 2020, 13:38
Hörmətli cənab Prezident,
Hər bir xalq özünün dahi şəxsiyyətləri ilə fəxr edir. Azərbaycan xalqı da xoşbəxt xalqdır ki, Ulu Öndərin bizə varis qoyub getdiyi müdrik bir Prezidenti var.
Siz 30 ildən sonra bizə həsrət qaldığımız doğma torpaqlarımızı qaytardınız. Buna görə Üçüncü Tala kənd bələdiyyəsinin kollektivi adından Sizə və qüdrətli Ordumuza təşəkkür edirik. Bu sevinci bizlərə yaşatdığınız üçün sizlərə nə qədər təşəkkür etsək azdır. Şəhidlərimizin qanı yerdə qalmadı. Siz dünyaya öz gücünüzü nümayiş etdirdiniz. Var olun, cənab Prezident! Siz var olun ki, müstəqil dövlətimiz də daim var olsun!
Hörmətlə,
Qardaşov Azad Abdulla oğlu.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Üçüncü Tala kəndi.