Raisə Niftalıyevadan, Ağdam, Azərbaycan


15 noyabr 2020, 13:28
Çox hörmətli cənab Prezident,
Azərbaycan ərazilərinin bütövlüyü uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətləriniz danılmazdır. Biz, Ağdam rayonu 84 saylı köçkün tam orta məktəbinin rəhbərliyi və bütün kollektivi Sizi bu böyük Qələbə münasibətilə təbrik edirik.
Mən şəxsən öz adımdan və kollektivimiz adından qazandığımız uğurlara görə Sizə təşəkkür edir və dərin minnətdarlığımı bildirirəm. Böyük Qələbəmiz münasibətilə bütün qarabağlılar, ağdərəlilər, ağdamlılar adından Sizi və xalqımı təbrik edir, bu şərəfli və çətin yolda Sizə yeni-yeni nailiyyətlər arzulayırıq. Biz Sizinlə fəxr edirik.
Yaşasın Azərbaycan, Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Niftalıyeva Raisə Məcid qızı,
84 saylı köçkün tam orta məktəbinin direktoru.
Azərbaycan Respublikası, Ağdam rayonu.