logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Humay Hüseynovadan, Qəbələ, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 13:18

Hörmətli cənab Prezident və Ordumuzun Ali Baş Komandanı İlham Əliyev.

Sizi və bütün Türk dünyasını Qələbə günü münasibəti ilə təbrik edirəm. Şəhid İqbal Babayevin bibisi olaraq, biz analar, bibilər sevinirik ki, şəhidlərimizin qanı yerdə qalmadı və düşmən layiq olduğu cəzaya çatdırıldı. Uca Allahdan Sizə cansağlığı, şəhidlərimizə isə rəhmət diləyirəm. İnşallah bir daha balalarımızın qanı tökülməsin. Amin.

Hörmətlə,

Hüseynova Humay Baba qızı,

Azərbaycan Respublikası, Qəbələ rayonu, Daşca kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi