Farid Eldarovdan, Bakı, Azərbaycan


15 noyabr 2020, 12:35
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu gün Azərbaycan xalqının sevincinin həddi hüdudu yoxdur. Biz çox bəxtəvərik ki, Sizin kimi müdrik siyasi xadim və qorxmaz sərkərdə olan Prezidentə sahibik. Sizin mübarizliyiniz, vətənpərvərliyiniz Azərbaycan xalqına örnəkdir. Azərbaycan qədim və zəngin tarixə malikdir və bu gün yeni bir tarix yazıldı biz müharibədə qalib gəldik. Bu müharibədə bizim bir amalımız var idi, itirilmiş torpaqları geri qaytarmaq, biz buna nail olduq. Məhz Sizin sayənizdə, Sizin komandanlıq etdiyiniz Azərbaycan Ordusu mənfur düşməni diz çöküb təslim olmağa məcbur etdi. Bu böyük bir qələbədir. Mən Sizə şəxsən öz təbriklərimi və təşəkkürümü bildirirəm. Azərbaycan xalqı Sizə inanır və həmişə Sizin yanınızdadır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Eldarov Farid Fuad oğlu,
Bakı Dövlət Universitetinin tələbəsi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.