logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şıxalıyev Rizvan və başqalarından, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 12:00

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!

Rəhbərliyinizlə qazanılmış böyük tarixi Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik. Allah hər yüzillikdə dünyaya görkəmli bir sərkərdə bəxş edir ki, bu yüzillik də Azərbaycan xalqının payına düşüb. Siz Qarabağ və ətraf rayonların 30 illik işğalına son qoymaqla cəsarətli və məğlubedilməz bir sərkərdə olduğunuzu göstərdiniz. Doğma ərazilərimizi işğaldan azad edərək Azərbaycan xalqının yenilməzliyini bütün dünyaya sübut etdiniz.

Allah Sizi, dövlətimizi və şanlı Ordumuzu qorusun!

Yaşasın Azərbaycan və onun müzəffər Ordusu!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Şıxalıyev Rizvan Cümşüd oğlu,

Quliyev Mürşüd Yusif oğlu,

Məmmədov Elçin Yusif oğlu,

Ağayev Raqub Baloğlan oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Təzəkənd kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi