logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əkrəm Hüseynovdan, Lerik, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2020, 11:00

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Siz Azərbaycan xalqının qurur mənbəyi, məğlubedilməz lideri və yenilməz sərkərdəsisiniz. Biz Sizinlə fəxr edirik. Azərbaycan dövlətinin Sizin kimi qürurlu, bacarıqlı və savadlı Prezidenti var. Hər gün azad edilən torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması barədə kadrları izlədikcə ürəyimiz dağa dönür. Zəfər xəbərləri xalqımızı yeni qələbələrə ruhlandırır. Mən Qarabağ müharibəsi Veteranı kimi hər gün Sizin üçün dua edirəm. Allah Sizi və ordumuzu qorusun. Bugünkü qələbələr Sizin ulu öndər Heydər Əliyevin müdrik siyasətini uğurla və ona layiq şəkildə davam etdirməyinizin nəticəsidir. Azərbaycanın mədəniyyət beşiyi Qarabağın tacı sayılan qədim Şuşa şəhərinin azad edilməsi xəbəri bir Ehtiyatda olan zabit kimi məni ürəkdən sevindirdi, ruhumu sakitləşdirdi. Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Siz tarix yazdınız Sizinlə fəxr edirik. Yaşasın Ali Baş Komandanımız, Yaşasın Ordumuz, dahi Sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyev!

Hörmətlə,

Hüseynov Əkrəm Salam oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Şonayçola kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi