logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehman Rəhimlidən, Yardımlı, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 18:27

Müzəffər Ali Baş Komandan.

Mən bir Azəbaycan vətəndaşı olaraq Sizi və Ordumuzu bu Böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm və bizə bu xoşbəxtliyi yaşatdığınız üçün minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Möhtərəm Prezidentimiz, çox istərdim ki, hərbi xidmətə gedəcək yaşda olub bu böyük zəfərdə mən də mərd, cəsur əsgər və zabitlərimiz kimi qəhrəmanlıq göstərib, erməni vəhşiliklərinin qurbanı olmuş insanlarımızın intiqamını alım, amma yaşım buna yol vermədi. Bunu mən edə bilməsəm də rəşadətlə vuruşaraq torpaqlarımızı erməni vandallarından xilas edən qorxmaz igidlərimiz Sizin uğurlu siyasətiniz nəticəsində bacardılar.

Eşq olsun Ali Baş Komandana və Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rəhimli Mehman Arzu oğlu,

Kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Osdair kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi