Kemal Yıldızdan, Karabük, Türkiyə
Text size


14 noyabr 2020, 17:15
Hörmətli cənab Prezident,
Sizi müzəffər Fateh kimi salamlamaqdan xoşbəxtlik hissləri keçirirəm. Zəfəriniz mübarək olsun. Ordunuz hər zaman qalib olsun!
Cənab Prezident,
Mən Türkiyədə yaşayıram. Hər səhər namaz qılarkən Azərbaycan üçün, ordunuz üçün dualar oxuyuram. Sizin üçün isə fateh surəsini təkrarlayıram. Bu vaxt göz yaşlarımı saxlaya bilmirəm. Bu qürurdan, sevincdən, doğmalıqdan doğan göz yaşlarıdır.
Allah daim köməyiniz olsun.
Allah Sizi qorusun, ona əmanət olun.
Hörmətlə,
Kemal Yıldız.
Türkiyə Respublikası, Karabük şəhəri.