Sami Coşardan, Antalya, Türkiyə
Text size


14 noyabr 2020, 14:55
Hörmətli cənab Prezident.
Qarabağ uğrunda mübarizədə Ermənistan və havadarlarına ədalətin gücünü göstərdiyiniz üçün çox sağ olun.
Türkiyədə yaşayan hər bir vətəndaşın qəlbi bu günlərdə qardaşlarımızın ürəyi ilə bir vururdu. Bu mücadilə kimin türkə dost, kimin düşmən olduğunu göstərdi.
Ən qısa zamanda Azərbaycana, Bakıya gəlib bu şərəfli günləri Sizlərlə bir yerdə yaşamaq istəyimin həyata keçməsini səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Sami Coşar
Türkiyə Respublikası, Antalya şəhəri.