logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Laçın Soltanovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 14:53

Böyük Sərkərdə, müzəffər Ali Baş Komandan, əbədi Prezidentimiz İlham Əliyev.

Azərbaycanın Respublikası məhvə doğru gedəndə Allah bizə ulu öndər Heydər Əliyevi yenidən bəxş etdi. Zamanı qabaqlayan, neçə illər sonranı düşünən bu dahi şəxsiyyət 1994-cü ildə Füzulinin bir çox kəndlərinin və başqa ərazilərin azad olunmasında inamlı sərkərdə oldu. Atəşkəs rejiminə nail olmaqla müasir ordu quruculuğuna, ölkənin güclü iqtisadiyyatına nail oldu.

Tanrıya şükürlər olsun ki, bu böyük missiyanı davam etmək Sizə nəsib oldu. Bu ölkənin iqtisadiyyatının inkişafını, ordu quruculuğunu müasir dünya tələblərinə uyğun ayağa qaldırdınız, dünya tarixində həmişə hamını düşündürəcək bir qələbəyə nail oldunuz. Buna böyük savad, dünyanın ən böyük siyasətçisi Heydər babanın qanından keçən siyasət, siyasi iradə, bizə qarşı olan ölkələrin siyasi, mənfur münasibətini analiz etmək qabiliyyəti, səbr, təmkinin olması əyani sübutdur.

Biz Sizin sayənizdə, qurduğunuz dünya şöhrətli ordunun sayəsində sevincli, qürurlu olduq. Əyilən qəddimiz dikəldi. Ulu Öndərin dediyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamını hər bir azərbaycanlı düşmənin gözünün içinə baxa-baxa deyə bildik. Bu haqqı bizə Siz qazandırdınız.

Mən də xalqımın bir nümayəndəsi kimi istəyirəm ki:

- Böyük Sərkərdə, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin;

- Ali Baş Komandanımıza - dünya şöhrətli sərkərdəyə ən böyük ali rütbə verilsin;

- Sizin – İlham Heydər oğlu Əliyevin ömürlük Prezident seçilməsi haqqında qərar qəbul olunsun;

- Bakı şəhərində, əhalinin ən gur yaşadığı yerlərdə İlham Əliyevin heykəlləri qoyulsun;

- Bütün dərslik kitablarının üz qabığında tarix yazan sərkərdənin şəkli vurulsun;

- İlham Əliyevin rəsmi olan döş nişanları təsis edilsin, uşaqdan tutmş böyüyə qədər bu döş nişanlarından istifadə etsin, adına mahnılar yazılsın, oxunsun.

Mənim 60 yaşım var. Bunlar sadəcə mənim vətəndaşlıq hisslərimdir. Mən xoşbəxt adamam ki, dahi Heydər Əliyevi iki dəfə görmüşəm, onun sayəsində ailəm mənzillə təmin olunub.

Biz çox xoşbəxt adamlarıq ki, Ulu Tanrı bizə bu ailəni qismət edib. Belə şəxsiyyətləri tarix həmişə yetirmir.

Yaşasın böyük Sərkərdəmiz, Ali Baş Komandanımız, əbədi Prezidentimiz!

Hörmətlə,

Laçın Soltanov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi