logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hikmət Əlizadədən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 14:33

Çox hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.

Sizin Azərbaycan xalqına hər bir müraciətinizi mən və ailəm hədsiz səbirsizliklə gözləyir və böyük həyəcanla izləyirik. Dövlət Bayrağı Günü ərəfəsində Sizin Şuşanın azad olunmasını bəyan etməyiniz məni və ailəmi hədsiz dərəcədə sevindirdi. Ardınca noyabrın 10-da qələbənin elan olunması sevincimizə sevinc qatdı.

Bütün bu ardıcıl qələbələr polad siyasi iradə, qətiyyətli liderlik, dərin strateji düşüncə və müdrik idarəetmə bacarıqları tələb edir. Sizin bu keyfiyyətləriniz Azərbaycan Ordusunun qələbə əzmini və rəşadətini daha da artırdı. Bir ziyalı kimi qeyd edə bilərəm ki, Azərbaycan xalqı Sizin Ümummilli liderimiz Heydər Əliyev cənablarının vəsiyyətini ən layiqli şəkildə həyata keçirməyinizin dəfələrlə şahidi olub.

Hörmətli cənab Prezident, torpaqlarımızı mənfur düşmən işğalından azad etməyiniz münasibətilə Sizi, Ordumuzu və xalqımızı təbrik edirəm. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm.

Dərin hörmətlə,

Əlizadə Hikmət Əbdül oğlu, Bakı Dövlət Universitetinin professoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi