Cemal Yangından, Bakı, Azərbaycan
14 noyabr 2020, 14:21
Möhtərəm cənab Prezident.
Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddətdə ulu öndər Heydər Əliyev kursunun davamı olaraq həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın qızıl hərflərlə ən yeni şanlı tarixi yazıldı. Sizin uzaqgörən və müdrik siyasətinizin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünə nail oldu. Bu qələbə münasibətilə Sizi və Azərbaycan xalqını Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATIB) ailəsi adından səmimi qəlbdən təbrik edirik. Həmçinin bu xoş günləri bizə bəxş etdiyinizə görə Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Sizin şücaətləriniz tarixə qızıl hərflərlə həkk olunacaq, əsrlər keçsə də bu xalq Sizi minnətdarlıqla xatırlayacaqdır. Hər bir azərbaycanlı Sizin rəhbərliyiniz altında olan dövlətdə yaşadığı üçün daim dərin fəxarət hissləri keçirəcəkdir.
Fürsətdən istifadə edərək, bu yolda qəhrəmancasına şəhid olmuş zabitlərimizə, hərbi qulluqçularımıza və vətəndaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Biz də, azərbaycanlı və türk iş adamları olaraq, Vətənin bütövlüyü uğrunda üzərimizə düşənləri etməyə hazırıq və Sizin əmrinizdəyik. Azad edilmiş Vətən torpaqlarında sərmayə qoymağı, iş yerləri yaratmağı və həmin ərazilərin yenidən qurulmasında iştirak etməyimizi böyük səbirsizliklə gözləyirik.
Möhtərəm cənab Prezident, Sizə və müzəffər Azərbaycan Ordusuna xalqımıza yaşatdığınız möhtəşəm qələbə sevincinə görə bir daha dərin hörmətlə təşəkkür edirik.
Qarabağ Azərbaycandır!
Dərin hörmət hissi ilə,
Cemal Yangın
ATİB İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.