Mircabbar Əhmədovdan, Lənkəran, Azərbaycan


14 noyabr 2020, 13:53
Cənab Prezident, müzəffər Ali Baş Komandan.
Sizə bir yeniyetmə - gələcək Azərbaycan əsgəri olaraq, öz adımdan və ailəm adından təşəkkürümüzü bildirir, Qələbə münasibətilə təbrik edirik. Mən Azərbaycan vətəndaşı olduğuma görə və Sizin kimi Prezidentimiz olduğuna görə fəxr edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Sağ olun ki, bizə Qələbə hissini yaşatdınız. Qarabağımızın özümüzə qayıtması Sizin və Azərbaycan Ordusunun uğurudur. Qarabağın tamamilə işğaldan azad olunduğu xəbərini eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Biz Sizə çox minnətdarıq. İstəyirik ki, Sizə Milli Qəhraman adı verilsin.
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın Prezidentimiz!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Mircabbar Əhmədov
Azərbaycan Respublikası, Lənkəran rayonu, Siyavar kəndi.