logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elçin İsayevdən, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 13:46

Hörmətli cənab Prezident.

Siz Azərbaycan xalqına Vətən sevgisini bəxş etdiniz, el-oba həsrəti çəkənlərə yeni nəfəs verdiniz. Siz dünyaya sübut etdiniz ki, yüksək intellekti, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar şəxsiyyətsiniz.

Ulu öndərimiz Heydər Əliyevin Sizə olan inamını bir daha doğrultdunuz. Ulu Öndərin Sizin haqqınızda dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyinizlə və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq” sözləri öz reallığını bir daha sübut etdi.

Müzəffər Ali Baş Komandan, Siz müdrik Lider, böyük Sərkərdəsiniz!

Biz Sizinlə fəxr edirik!

Allah Sizi qorusun!

Hörmətlə,

Mingəçevir Telekommunikasiya Qovşağının kollektivi adından

Elçin İsayev

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi