Səliqə Musayevadan, Bakı, Azərbaycan
Text size


14 noyabr 2020, 13:42
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Mən Kəlbəcərdənəm. O yerlərə qayıdacağım günü səbirsizliklə gözləyirəm. Sizə olan ürək sözlərimi belə çatdırmaq isətəyirəm:
Düşməni iti qovan kimi deyən dilinə qurban,
Yumruğuna güvənib gələn elinə qurban.
Yeri əskərim, yeri, qədəmlərinə qurban,
Düşmənə qan ağladan o əllərinə qurban.
Zabitin, əskərin ədalətli yoldadır,
Vətən müharibəsidir, torpaq savaşıdır,
Hələ ki Kəlbəcərin başı qeyli-qaldadır,
Amma ki çox az qaldı, şücaətinə qurban.
Hörmətlə,
Səliqə Musayeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi.