Kəpənəkçi kəndinin sakinlərindən, Zaqatala, Azərbaycan


14 noyabr 2020, 13:25
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Azərbaycan xalqına və Azərbaycan əsgərinə güvənərək qazandığınız tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Xalqımız bu Qələbəni Sizin sayənizdə bir nəfəs qədər tez müddətdə yaşadı. Bütün dünya Azərbaycan xalqının gücünü, birliyini Sizin dəmir yumruğunuz sayəsində gördü.
Cənab Prezident, Ulu Öndərin müqəddəs ruhu bizimlədir. O ölkəsini əmanət etdiyi övladının nurlu əməllərinə, dəmir iradəsinə, xilaskarlıq missiyasına baxıb sevinir.
Müzəffər Ali Baş Komandan, Siz siyasi-diplomatik həmlənizlə müzəffər Azərbaycan Ordusunun önündə gedərək, işğal altında olan torpaqlarımızı şərəflə, ləyaqətlə alaraq Azərbaycan xalqının qəlbində Azərbaycanın özü boyda bir qala ucaltdınız. Bu qala sevgidən, mərdlikdən, dözümdən yoğrulan İlham Əliyev qalasıdır. Zəfəriniz mübarək, cənab Prezident! Qoy həmişə Sizin adınız Azərbaycanla qoşa çəkilsin!
Hörmətlə,
Kəpənəkçi kəndinin sakinləri
Azərbaycan Respublikası, Zaqatala rayonu, Kəpənəkçi kəndi.