logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Arif Feyzullayevdən, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 13:13

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun 30 il düşmən tapdağında olan torpaqlarımızı, xüsusən Qarabağımızın incisi olan Şuşa şəhərini erməni işğalçılarından azad etməsi, 10 noyabr 2020-ci ildə ermənilərin bəyannamə imzalamağa məcbur edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması Sizin uzaqgörən siyasətinizin, uğurlu Ordu quruculuğunun, siyasi iradənizin, xalqın sarsılmaz birliyinin və peşəkar sərkərdəlik istedadınızın təntənəsidir.

Qazanılan şanlı Qələbə yurd həsrətli milyonlarla insanlardan biri – Laçın rayonu Təzəkənd kəndinin sakini kimi, mənim də Vətənə qayıtmaq arzumu reallaşdırmışdır.

Cənab Prezident, Sizin rəhbərliyinizlə şanlı tarix yazan Azərbaycan Ordusunun bu tarixi qələbələri xalqımızın son 200 ildə qazanılan ən parlaq qələbəsidir.

Müzəffər Ali Baş Komandan, Ordumuzun qazandığı şanlı qələbələr münasibətilə bir ziyalı kimi Sizi – Azərbaycan xalqının qəhrəman oğlunu, Azərbaycanın əbədi Prezidentini səmimi qəlbdən təbrik edir, Uca Tanrıdan uzun ömür, cansağlığı, yeni qələbələr arzulayıram.

Eşq olsun Ali Baş Komandana!

Yaşasın Azərbaycan xalqı!

Eşq olsun şanlı Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Arif Feyzullayev

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxta Körpü ərazisi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi