Qulam Qarayevdən, Kürdəmir, Azərbaycan


14 noyabr 2020, 13:03
Möhtərəm Prezidentimiz, xalqımın qəhrəman oğlu.
Şuşa şəhərinin azad olunması ilə əlaqədar Azərbaycan xalqına və bütün dünyaya müraciətiniz milliyətindən, irqindən, əqidəsindən və mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hər biri tərəfindən, o cümlədən biz sahibkarlar tərəfindən də diqqətlə dinlənildi və verdiyiniz xoş xəbər hamımızı ürəkdən sevindirdi. Buna görə də Kürdəmir rayonu sahibkarları adından Sizi və Mehriban xanımı təbrik edirik.
Cənab Prezident, Ulu Öndərimiz tərəfindən bünövrəsi qoyulmuş siyasəti və dövlətçilik ənənələrini uğurla davam etdirərək respublikamızda möhkəm və davamlı iqtisadiyyat qurdunuz, güclü, möhtəşəm və döyüşən ordu yaratdınız. Bütün dünyada Azərbaycan xalqını haqlı, ədalətli və gücü xalq olaraq tanıtdınız. Siz öz vətənpərvər siyasi fəaliyyətinizlə Azərbaycan vətəndaşlarında dövlətə və Sizə olan inamını artirdınız. Xalqımız Sizə bu günü onlara yaşatdığınız üçün dualar edir.
Müzəffər Ordumuzun düşmənə qarşı apardığı Vətən müharibəsində əldə etdiyi Qələbə xalqımızın əzmini artırdı. Siz namusumuzu və qeyrətimizi xalqımıza qaytardınız. Bayrağımızı azad olunan şəhər və kəndlərimizdə ucaldan Vətən oğullarına eşq olsun, başınız hər zaman uca olsun!
Qarabağ bizimdir!
Hörmətlə,
Kürdəmir rayon sahibkarları adından
Qulam Qarayev
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Karrar qəsəbəsi.