Gülağa İmanovdan, Neftçala, Azərbaycan


14 noyabr 2020, 13:00
Müzəffər Ali Baş Komandan.
Mən bir Milli Qəhrəman atası olaraq Sizə sonsuz təşəkkürümü bildirirəm. Yenilməz Ordumuzun gücü ilə doğma və əzəli Azərbaycan torpağı olan Qarabağı, Şuşanı və işğal altında olan digər torpaqlarımızı azad edərək bizə Qələbə sevincini yaşatdınız. Biz bu Qələbəyə görə qəhrəman əsgərlərimizə və şəhidlərimizə borcluyuq. Onların əzmi, cəsarəti, mərdliyi nəticəsində Azərbaycan öz əzəli torpaqlarına qovuşdu. İndi bütün şəhidlərimizin ruhu şaddır. Tarixdə bir ilk yazan Prezidentimizlə hər birimiz fəxr edirik. Qələbə münasibətilə bütün Azərbaycan xalqını və Sizləri təbrik edirəm.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Gülağa İmanov
Azərbaycan Respublikası, Neftçala rayonu, Həsənəbad qəsəbəsi.