logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məsim Abbasovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 12:43

Müzəffər Ali Baş Komandan.

İşğal altında olan torpaqlarımızın qısa zamanda işğaldan azad olunduğu bir vxtda mən də sevincimi Sizinlə bölüşməyi və Sizə minnətdarlıq hisslərimi çatdırmağı bir Qarabağ veteranı kimi özümə borc bildim.

Cənab Prezident, Siz Qarabağ məsələsinin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etdiniz, ancaq mənfur düşmən və onun havadarları bununla razılaşmadılar. Bu gün Siz öz müdrikliyinizlə həm siyasi müstəvidə, həm də hərb meydanında düşmənə qalib gəldiniz.

Cənab Prezident, işğal olunmuş torpaqlarımızın hər qarışı azad olunduqca sanki mənim ömrüm artdı. Var olun ki, bizləri – birinci Qarabağ müharibəsinin iştirakçılarını, bütünlüklə Azərbaycan xalqını mənəvi əzabdan qurtardınız. Şəhidlərimizin qanı yedə qalmadı. Çünki hər dəfə şəhid olmuş döyüşçü yoldaşlarımın məzarını ziyarətə gedərkən əzab çəkirdim. Sağ olun ki, qürurumuzu özümüzə qaytardınız. Artıq başı dik gəzə bilərik. Allah Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!

Yaşasın Azərbaycan xalqının igid oğlu İlham Əliyev!

Yaşasın bir yumruq kimi Prezidentimizin ətrafında birləşən Azərbaycan xalqı!

Var olsun cəsarətli, qüdrətli Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məsim Abbasov

Birinci Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi