logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əfsanə Ağaməmmədovadan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

14 noyabr 2020, 11:40

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoydunuz. Sizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğunuzun ən bariz nümunəsini nəinki Azərbaycan xalqı, bütün dünya gördü. Necə gözəl hissdir ki, Sizinlə eyni dövrdə yaşayıram və silinməz, şanlı tarixə şahidlik edirəm.

Cənab Prezident, Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkür edirəm. Bizim dədə-baba yurdumuz olan Qubadlımıza dönməyimizi artıq səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əfsanə Ağaməmmədova

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi