Əyyub Ələkbərovdan, Bakı, Azərbaycan


13 noyabr 2020, 21:06
Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!
Ulu öndərimiz Heydər Əliyevin müqəddəs vəsiyyətlərini yerinə yetirərək yüksək səviyyəli rəhbərliyiniz, mürtəce qüvvələrlə barışmaz savaşınız nəticəsində yenilməz Ordumuzun mənfur düşmən üzərində möhtəşəm qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrıdan Sizə ölkəmizin çiçəklənməsi, xalqımızın rifahının yüksəlməsi naminə yeni-yeni qələbələr, ətrafınızda monolit birləşən xalqımıza möhkəm cansağlığı, gözəl həyatımızın bütün sahələrində yeni-yeni uğurlar, dövlətimizə, onun başçısına əbədi sədaqət arzulayıram.
Böyük hörmət və ehtiramla,
Ələkbərov Əyyub Əsgər oğlu, prokurorluq orqanları veteranı, vəkil
Azərbaycan Respublikası, Bakı şəhəri.