Məzahir Quliyevdən, Qazax, Azərbaycan
Text size


13 noyabr 2020, 21:04
Əziz və möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı,
Rəhbərliyinizlə əldə olunmuş Qələbə münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Uca Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin, məkanı cənnət olsun!
Nəhayət ki, haqq-ədalət yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəniz nəticəsində bərqərar oldu. Əmin ola bilərsiniz ki, zəhmətiniz xalqımızın tarixi yaddaşında qızıl hərflərlə yazılaraq əbədi yaşayacaqdır.
Allah bütün işlərinizdə yar və yardımçınız olsun.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Quliyev Məzahir Məhəmməd oğlu,
Azərbaycan Respublikası, Qazax şəhəri.