logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İbrahim Kərimovdan, Sabirabad, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2020, 20:42

Müzəffər Ali Baş Komandan,

Sizin rəhbərliyiniz ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi sübut etdi ki, ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır. Azərbaycan xalqı illərdir bu xoşbəxt sabahın açılacağını, ədalətin bərpa ediləcəyini gözləyirdi. Müzəffər Ali Baş Komandan, məhz Sizin rəhbərliyiniz ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Bu Qələbə münasibəti ilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Yaşasın Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu!

Hörmətlə,

Kərimov İbrahim Asif oğlu,

Azərbaycan Respublikası, Sabirabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi