Lalə Qənbərovadan, Bakı, Azərbaycan


13 noyabr 2020, 20:40
Əziz cənab Prezident!
Sizə Şuşanın azad olunması münasibətilə təşəkkür edirəm. Mən özüm şuşalıyam və bu mənim üçün sözlə ifadə olunmayan bir sevincdir. Mənə və Azərbaycan xalqına bu sevinci yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, Azərbaycan xalqı Sizinlədir. Sizdən qələbə xəbərini eşitmək hər bir azərbaycanlının arzusu idi və o gün gəldi. 2020-ci il noyabrın 10-da ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şad oldu. Allah rəhmət eləsin.
Cənab Prezident, biz Sizinlə fəxr edirik. Siz bizim Milli Qəhrəmanımızsınız. Allah Sizi qorusun. Çox sağ olun. Siz dünyanın ən xoş sözlərinə layiqsiniz. Allah Sizə daim cansağlığı versin.
Hörmətlə,
Qənbərova Lalə Hidayət qızı,
Azərbaycan Respublikası, Bakı şəhəri.