Nərmin Haşımovadan, Bakı, Azərbaycan


13 noyabr 2020, 20:28
Tarix yazan sərkərdəmiz, dəyərli şəxsiyyət, Müzəffər Ali Baş Komandanımız.
Bu sevinci bizə yaşatdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm! Çox sağ olun, var olun! Uğurumuz, qələbəmiz üçün Sizi təbrik edirəm. Qarabağ, Sizin gələcək nəsillərimizə bağışladığınız dəyərli mirasdır. Xalqınızın bir nümayəndəsi olaraq, Sizinlə qürur duyuram! Yaşadığım müddət ərzində, mənim Prezidentimin Sizin olmağınızı arzulayıram. Bu gün olduğu kimi, hər zaman üzünüz gülsün İnşallah! Mən Sizin təhsil aldığınız orta məktəbi bitirmişəm (6 nömrəli tam orta məktəb) və bununla fəxr edirəm! Həmişə də edəcəyəm. Biz Sizi çox sevirik, Cənab! Özümün və ailəmin adından Sizə bir daha təşəkkür edirəm. Sağ olun.
Hörmətlə,
Haşımova Nərmin Siyasət qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.