Oruc Qaraxanovdan, Zaqatala, Azərbaycan


13 noyabr 2020, 20:11
Çox hörmətli cənab Prezident.
Erməni faşizmi üzərində əldə olunan bu Boyük Qələbə münasibəilə Sizi ürəkdən təbrik edirik. Azərbaycan xalqının tarixində çox şanlı günlər olub. Ancaq Sizin rəhbərliyiniz altında əldə olunan bu Qələbə xalqımızın və dövlətçiliyimizin mövcudluğu tarixində ən böyük şanlı qələbədir. Siz böyük bir sərkərdə kimi bütün dünyaya sübut etdiniz ki, millət, xalq və dövlət milli maraqlar naminə necə yumruq kimi birləşə bilər.
Vətən yolunda canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bu qələbədə payı olan əsgər və zabitlərimizə eşq olsun!
Azərbaycanımızı daha da çiçəkli gələcəyə, böyük uğurlara və qələbələrə aparmaq naminə Uca Tanrıdan Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Hörmətlə,
Oruc Qaraxanov
Azərbaycan Respublikası, Zaqatala şəhəri.