İslam Dorakdan, Osmaniyə, Türkiyə


13 noyabr 2020, 20:04
Möhtərəm cənab Prezident.
Əvvəla, tərəddüd etmədən Vətən uğrunda ön cəbhəyə getdiklərinə görə bütün azərbaycanlı qardaşlarımı hörmətlə salamlayıram. Şəhidlərimizin yaxınlarına başsağlığı verirəm.
Bütün dünya bilsin ki, Türkiyə və Azərbaycan qardaşdır. Mən indiyə qədər qardaş ölkəmizdə olmamışam. İnşallah, Qarabağ işğaldan tam azad edildikdən sonra ana torpağımızı gəzmək və görmək istəyirəm. İndi bircə arzum var ki, o da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hazırda əlimdən dua etməkdən başqa bir iş gəlmədiyinə görə təəssüflənirəm.
Cənab Prezident, dinc sakinlərə hücuma bütün dünya və Avropa birliyi kar və lal olsa da, Sizin göstərdiyiniz dözüm və qətiyyət bizim qürurumuz oldu. İnanıram ki, o günahsız körpələrin vəhşicəsinə qətl edilməsi cəzasız qalmayacaqdır. Hər bir canımız Vətən torpağına fəda olduqca ürəyimiz yansa da, “Vətən sağ olsun” deyərək, Sizin vasitənizlə gələcək nəsillərimizə şanlı bir dövlət miras qoyacağıq.
Cənab Prezident, şanlı Ordunuza və xalqınıza sevgi, güc və davamlı uğurlar arzulayıram. Azərbaycan xalqına mənəvi dəstək göstərdiyimi bilmənizi istəyir, əllərinizdən öpürəm.
Hörmətlə,
İslam Dorak
Türkiyə Respublikası, Osmaniyə şəhəri.