logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ələşrəf Niftiyevdən, Masallı, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2020, 17:36

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Müdrik siyasətiniz, barışmaz mövqeyiniz və Milli Ordumuzun rəşadəti sayəsində Azərbaycanımızın salnaməsinə yeni tarix yazdınız. Beynəlxalq aləmə sübut etdiniz ki, Qarabağ Azərbaycandır!

Ailəmizin yeganə övladı olan Cavid Nuri Vidadi oğlu bir həftə əvvəl Şuşa ətrafındakı ağır döyüşlərdə çoxlu qəlpə yarası almışdır. O, yerləşdirildiyi Mərkəzi Hərbi Hospitalda qələbə müraciətinizi eşidib dolmuş göz yaşları ilə mənə sevinclə zəng vurdu. “Kaş mən də, Şuşada qaldırılan o müqəddəs bayrağın yanında olaydım” dedi.

Sizin Sərəncamınızla mən 2007-ci ildə "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşam. 12 kitabım, yüzlərlə məqalənin müəllifiyəm. 75 yaşımda belə Sizin şəxsiyyətinizə, xidmətinizə qiymət verməkdə qələmim gücsüzdür. Xilaskar və fateh millət atası kimi Siz Nobel sülh mükafatına layiqsiniz.

Masallı ağsaqqalları və ictimaiyyəti adından Sizi müzəffər Qələbə münasibətilə təbrik edirəm. Biz Sizinləyik. Allah Sizi qorusun.

Hörmətlə,

Ələşrəf Niftiyev

Masallı rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist

Azərbaycan Respublikası, Masallı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi