logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Kəramət Qasımovdan, Yardımlı, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2020, 17:30

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.

Hazırda Siz məğlubedilməz Ordumuza rəhbərlik etməklə, misli görünməmiş tarix yaradırsınız. Əzəli torpaqlarımızı düşmən qəsbindən azad edirsiniz. Birmənalı olaraq Siz Milli Qəhrəmansınız. Eləcə də, Siz Azərbaycan tarixinə xalq qəhrəmanı kimi imza atdınız. Koroğlu, Babək, Cavanşir, Xətai kimi sələflərinizin xələfi oldunuz. Məğrur Sərkərdə olaraq, yumruğunuzu düyünləyib düşmənə göstərməklə Şah babamız Xətainin "Qılınc o qılıncdır, qol o qol deyil" kəlamını təzələdiniz.

Allah Sizi və qalib Ordumuzu qorusun. Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Kəramət Qasımov

Azərbaycan Respublikası, Yardımlı rayonu, Daşkənd kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi