Elim Şahmuradovdan, Mingəçevir, Azərbaycan


13 noyabr 2020, 17:05
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə deyiləsi o qədər xoş söz, xoş arzular, ediləsi o qədər dua var ki, hamısını yazmaq mümkün deyil. Bir sözlə, cənab Prezident, Sizin rəhbərliyinizlə müzəffər Ordumuz uğurlar qazanandan sevincimizin həddi-hüdudu yoxdur. Sizin hər bir çıxışınızı məmnuniyyətlə dinləyirik və qürur duyuruq. Sizin kimi liderimiz və güclü Ordumuz olduğuna görə fəxr edirik. Cənab Prezident, xalqımızın 30 illik Vətən həsrətinə son qoyursunuz. Bu müqəddəs işi şərəflə yerinə yetirdiyinizə görə Sizin və rəşadətli əsgərlərimizin qarşısında baş əyirəm. Hər bir Azərbaycan vətəndaşı kimi mən də bir daha ucadan söyləyirəm: Fəxr edirəm ki, Azərbaycanlıyam! Siz o fəxri, o qüruru Azərbaycan xalqına qaytardınız! Tarixə qızıl hərflərlə yazılacaq Qələbə imzası atmaqdasınız! Bu Qələbə min illərlə Azərbaycan tarixində Sizin adınızla bağlı olacaq. Mən fəxr edirəm ki, Sizin sayənizdə qurulmuş əzəmətli Azərbaycan tarixini yaşayıram, buna görə Sizə minnətdaram! Sizin xoşbəxtliyiniz həm də ondadır ki, düşmənlər Sizinlə hesablaşır və qarşınızda baş əyir. Yağı düşmən üzərində həmişə qələbə çalasınız. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir! Eşq olsun Sizə! Allah Sizi və ailənizi qorusun! Allah Azərbaycan xalqına yar olsun! Qarabağ Azərbaycandır!
Dərin hörmətlə,
Şahmuradov Elim Mirzə oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.