logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aydan Bayramovadan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

13 noyabr 2020, 14:50

Azərbaycan Respublikasının əziz və hörmətli Prezidenti.

Sizin uzaqgörənliyiniz sayəsində bu gün biz ən xoşbəxt, ən sevimli günlərimizi yaşayırıq. Sizə sonsuz təşəkkür edirəm. Siz Azərbaycan xalqının mərd oğlu, gözəl insan, müdrik siyasətçi və ideal Prezidentsiniz. Siz bütün dünyaya xalqımızın nə qədər vətənpərvər, Azərbaycanın nə qədər güclü dövlət olduğunu bir daha sübut etdiniz.

Vətən üçün canlarını verən şəhidlərə görə içimiz qan ağlayır, amma sonunda ədalətin yerini tapması, doğma torpaqlarımıza təkrar qovuşmağımız bizim üçün təsəllidir.

Bu Qələbəni, uğuru Sizə və əsgərlərimizə, şəhidlərimizə borcluyuq. Siz şəhidlərimizin qanını yerdə qoymadınız, yeni tarix yazdınız.

Mənim 16 yaşım var. Bu vaxtadək həmişə istəmişəm ki, torpaqlarımızı düşməndən azad edək. Arzum gerçək oldu. Mən də xalqıma, Vətənimə və torpağıma layiqli vətəndaş olmaq üçün daim çalışacağam.

Qələbə sevincinə görə Sizə təkrar sonsuz təşəkkümü bildirirəm.

Hörmətlə,

Aydan Bayramova

Azərbaycan Respublikası, Şəki şəhəri, İnçə-Zunud kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi