Rüfət Quliyevdən, Ağcabədi, Azərbaycan


13 noyabr 2020, 13:55
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
İllərlə qəlbimizdə arzuladığımız həsrət sona yetdi. Məhz Sizin kimi müdrik, uzaqgörən Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğalçılardan təmizlədi, üçrəngli bayrağımız zirvələrdə dalğalandı. Budur ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin böyüklüyü, müdrikliyi. Sizi çox sevir, Sizə çox inanır və apardığınız müdrik daxili və xarici siyasəti sidq ürəklə dəstəkləyirik. Heç zaman unutmayacağımız bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə hədsiz minnətdarıq cənab Prezident. Uca Tanrı Sizi, yenilməz ordumuzu, müstəqil Azərbaycanımızı qorusun Müzəffər Ali Baş Komandanım.
Hörmətlə,
Quliyev Rüfət Mətləb oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.