Ramiz Yarıyevdən, Cəlilabad, Azərbaycan
Text size


13 noyabr 2020, 13:50
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Erməni işğalçıları üzərində rəhbərliyinizlə qazanılmış Qələbə münasibəti ilə Sizi, Azərbaycan Ordusunu və xalqını səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm.
Erməni işğalçılar üzərində qazanılmış qələbə naminə verdiyiniz tapşırıqlara, göstərdiyiniz sücaətlərə görə Siz Azərbaycanın Milli Qəhrəmanı hesab olunursunuz. Siz doğrudan da, xalqın Qəhrəmanısınız.
Allahdan Sizə cansağlığı, şəhidlərimizə rəhmət və yaralılarımıza şəfalar diləyirəm.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Ramiz Yarıyev
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.