Mədinə Mahmudovadan, Qax, Azərbaycan
Text size


13 noyabr 2020, 13:13
Müdrik Prezidentim.
Xalqımızın tarixinə qızıl hərflərlə yazdığınız bu qələbə, xalqımıza yaşatdığınız qürur və sevinc hissinə görə Sizə sonsuz minnətdarlıq hissimizi bildirir, Sizinlə qürur duyuruq. Vahid Azərbaycan üçün sağ olun! Azərbaycanı dünyaya tanıtdığınız üçün, siyasi müstəvidə göstərdiyiniz igidlik və müdriklik nümunəsinə görə sağ olun! Xalqımızın qəhrəmanlıq və müdriklik kimi keyfiyyətlərini dünyaya isbat etdiyiniz üçün sağ olun! Xalq həmişə Sizinlədir, Siz Azərbaycan xalqının istəkli oğlu, həqiqətən, Dahinin övladısınız.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Dərin hörmətlə,
Mədinə Mahmudova
Əməkdar müəllim
Azərbaycan Respublikası, Qax rayonu.