Sadiq Həmzətovdan, Şəki, Azərbaycan


13 noyabr 2020, 13:09
Çox hörmətli cənab Prezidentimiz.
Bu möhtəşəm Qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, gələcək möhtəşəm quruculuq illərində böyük uğurlar arzulayıram. Ulu Öndərimizin yaratdığı yeni Azərbaycanın rəşadətli Prezidenti, Onun varisi kimi 30 illik işğal altında olan torpaqlarımızın azad olunması ilə Böyük Atanın müqəddəs vəsiyyətini yerinə yetirdiniz. Bununla da Azərbaycan xalqına xidmətinizdə sadiqliyinizi bir daha da sübut etdniz. Hər oğula qismət olmayan çətin bir vəzifənin öhdəsindən ləyaqətlə və layiqincə gəldiniz. Buna görə də Sizə minnətdarıq, Sizinlə qürurlanır, fəxr edirik ki, Sizin kimi sözü ilə əməli bir olan sevgili Prezidentimiz var. Nə qədər ki, Siz varsınız, Azərbaycanımız yaşayacaq, sayənizdə daha böyük uğurlara imzalar atacaqdır. Siz həmişə bizim sevimlimizsiniz, Sizi çox sevirik sevgili Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, Generalissimusumuz! Siz bu ada layiqsiniz - 30 illik işğala ən qısa müddətdə, 44 gün ərzində qalibiyyətlə!
Sizlərə sevgi və sayğılarla,
Sadiq Həmzətov
Xidmətçi
Azərbaycan Respublikası, Şəki şəhəri.