Təbriz Əhədovdan, Hacıqabul, Azərbaycan
Text size


13 noyabr 2020, 12:49
Möhtərəm cənab Prezident.
Sizin xalq və dövlət sevginiz, vətənpərvərliyiniz, mübarizliyiniz xalqımıza və millətimizə nümunəvi örnəkdir. Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycanın şanlı və müzəffər Ordusu sayəsində işğaldan azad olmuş ərazilərimizdə üçrəngli möhtəşəm Bayrağımız dalğalanır. Biz də Sizin xoşməramlı missiyanızı dəstəkləyirik.
Cənab Prezident, haqq-ədalət yolunda bu uğurlarınız daimi olsun. Allah Sizi, dövlətimizi və rəşadətli əsgərlərimizi qorusun.
Hörmətlə,
Təbriz Əhədov
Azərbaycan Respublikası, Hacıqabul rayonu.